Kayahanın mahnısını oxudu - audio

Kayahanın mahnısını oxudu -  audio
2914 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Niyam Salami bir neçə gün öncə dünyasını dəyişən türkiyəli ifaçı Kayahanın xatirəsinə mahnı ithaf edib.

Axşam.az-a açıqlama verən sənətçi mərhum Kayahanın repertuarından “Səni versinlər əllərə” adlı bəstəni lentə aldırdığını deyib:

“Kayahanın ölüm xəbəri məni çox üzdü. Kiçik yaşlarımdan onun mahnılarına qulaq asmışam. Elə insanlar var ki, adları tarixə yazılır. Onlardan biri də Kayahan oldu. Dünyasını dəyişsə də, insanların yaddaşında qalacaq. "Səni versinlər əllərə" mahnısını oxudum, onun xatirəsinə ithaf etdim".

N.Salami yaxın günlərdə telekanalların birində aparıcılıq edəcəyini də bildirib.