Modelin səhvi iştirakçıya avtomobil qazandırdı - video
Klip
12:17 / 07.04.15
1883dəfə oxunub
A-
A
A+
Amerikanın məşhur “The Price is Right” yarışmasında maraqlı anlar yaşanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobili qazanmaq üçün məbləğ yazılmış düzgün xananı seçməli olan Andrea adlı iştirakçı uduzub.
Lakin bu zaman verilişin modeli Manuela Arbelaez səhvən iştirakçının söyləmədiyi rəqəmi açıb və xanadan “Qazandınız” sözü çıxıb. Bununla da Andreaya maşın qazandıran model nəyə yol verdiyini sonradan anlayıb.
Aparıcı Dryu Keri isə avtomobili iştirakçıya verməli olub.