Qadın fanatı müğənniyə hücum etdi - video

Qadın fanatı müğənniyə hücum etdi - video
1135 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Adam Livayn Kaliforniyanın Anaheym şəhərindəki konserti zamanı səhnədə qadın fanatının hücumuna məruz qalıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni mahnısını ifa edərkən qəfildən bir xanım arxadan ona yaxınlaşaraq boynundan qucaqlamağa çalışıb. Bu zaman dəlisov pərəstişkarını sakitləşdirməyə çalışan Adam cangüdənlərin səhnəyə gəlişini gözləyib.

A.Livayn daha sonra açıqlamasında gənc qızın dırnaqları ilə onun qulağını cırdığını deyib:

“Çox qəribədir. Gözlərini yumub mahnı oxuyursan və qəfildən qarşında qorxulu sifət görürsən”.