“Şerlok Holms” filmlərinin qəhrəmanı Benedikt Kamberbetçin Londonda alış-veriş mərkəzlərindən birində sərgilənən şokoladdan hazırlanmış heykəli böyük maraqla qarşılanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, heykəl mərkəzə qoyulduqdan sonra gizli müşahidə kameraları vasitəsilə insanların davranışları izlənilib.
Yaşlı bir qadın heykəli yalayarkən, uşaqlar barmaqlarını, qocalardan biri burnunu qopardarkən, gənc qız dadına baxarkən, itlər isə onu iyləyərkən obyektivlərə tuş gəliblər.