Putin: “Onunla hamamda ikən, az qala, yanırdıq” - video

Putin: “Onunla hamamda ikən, az qala, yanırdıq” - video
1765 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya prezidenti Vladimir Putin “Birbaşa xətt” teleproqramında Almaniyanın keçmiş kansleri Herhard Şrederlə bağlı xatirələrini bölüşüb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı vaxtilə onun iqamətgahında qonaq olan siyasətçini rus hamamı ilə tanış edib. Lakin bu zaman çıxan qəfil yanğın nəticəsində hamam yanmağa başlayıb. Putin Şrederə “Biz buradan çıxmalıyıq, yanırıq” desə də, kansler içdiyi pivəsini qurtarmayınca heç yerə getməyəcəyini söyləyib:
 
“Bir dəfə mənim iqamətgahımda onunla hamamda idik. Qəfildən yanğın çıxdı. O, özünə pivə süzüb içirdi. Mən gəlib dedim: “Herhard, biz buradan çıxmalıyıq, yanırıq. O, sakitcə “Bunu içim gedərik” cavabını verdi. Dedim, dəli olmusan nədir?”.

Prezident hər nə qədər israr etsə də, Şreder içkisi bitdikdən sonra oranı tərk edib.

Qeyd edək ki, Putinin mətbuat katibi Dmitri Peskov hamamın taxtadan olduğunu və bu səbəbdən tez alışdığını əlavə edib.