Elnur “Eurovision” mahnısını türkcə oxudu - video

Elnur “Eurovision” mahnısını türkcə oxudu -  video
3339 dəfə oxunub
  • A-
  • A
  • A+
Ölkəmizi bu il “Eurovision”da təmsil edəcək müğənni Elnur Hüseynov “Hour of the Wolf” mahnısını türkcə oxuyub.

Axşam.az-ın məlumatına görə, ifaçı “Qaranlıqlara təslim olmam” adını verdiyi bəstəyə İstanbulda klip də çəkdirib. Klip ilk dəfə E.Hüseynovun Türkiyədə keçirdiyi partidə yayımlanıb.

Qeyd edək ki, “Eurovison 2015”in I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək. Təmsilçimiz ikinci yarımfinalda 11-ci nömrə altında çıxış edəcək.