Halil Sezai "Medcezir"də bu mahnını oxuyacaq - video

Halil Sezai "Medcezir"də bu mahnını oxuyacaq - video
2938 dəfə oxunub
  • A-
  • A
  • A+
Star TV-də yayımlanan "Medcezir" serialında sənətçilər Halil Sezai və Çiğdem Erkenin qonaq olacağı barədə xəbər vermişdik.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, onlar serialda Yaman (Çağatay Ulusoy) və Mira (Serenay Sarıkaya) üçün böyük önəm daşıyacaq "Dünyayı durduran şarkı"nı səsləndirəcəklər.

Bu gün Bakı vaxtı ilə saat 22:30-da yayımlanacaq ekran işində Mira xəstəliyinə görə əməliyyat olunacaq. Eyni zamanda onlar nikah mərasimi üçün gün təyin edəcəklər.

Artıq internetdə Halil Sezainin yer alacağı səhnə yayılıb.