Avstriyada keçiriləcək “Eurovision” yarışmasında Rusiyanı “A million voices” mahnısı ilə təmsil edəcək Polina Qaqarinanın səhnə obrazı hazırdır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Polina 19 maydakı çıxışı üçün Alexander Terekhovdan ağ libas seçib. Müğənni təbii makiyaj və sadə saç düzümündə olacaq.
Qeyd edək ki, “Eurovison 2015”in I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.