Xalq artisti Səməd Səmədov mərhum bəstəkar Elxan Rəhimovun “Azəri balasıyam” adlı mahnısına klip çəkdirib.
Axşam.az-a açıqlama verən müğənni ekran işini bu gün təqdim etdiyini bildirib:
"Mahnını 15 il əvvəl oxumuşdum. Dinləyicilərin istəyini nəzərə alıb, yenidən aranjiman etdirdim. Qərar verdim ki, bəstəyə klip də çəkdirim. Hər kəsə məlumdur ki, bu yaxınlarda Azərbaycanda Avropa Oyunları keçiriləcək. Bu önəmli hadisədə mənim də bir töhfəm olmasını istədim. Klipdə paytaxtımızın tarixi məkanları əks olunub”.
“Azəri balasıyam” klipinin rejissoru Əli, prodüseri Rövşən Cəfərovdur.