Aparıcının "Allahu əkbər" qışqırması ölkəni qarışdırdı - video
Klip
17:57 / 14.05.15
3546dəfə oxunub
A-
A
A+
Hollandiyada Ajouad Əl Miloudi adlı müsəlman aparıcının çəkiliş üçün mindiyi attraksionda qorxudan “Allahu əkbər” deyə qışqırması ölkədə gərginliyə səbəb olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, İslam əleyhinə Müstəqillik Partiyasının millət vəkili Martin Bosma aparıcının təkbir gətirməsini sərt tənqid edib:
“Bu, insanların Allah adına öldürüldükləri zaman eşitdikləri sonuncu kəlmədir”.
Televiziya rəhbərliyi isə “Allahu əkbər – Allah böyükdür” deməkdir”, - deyə aparıcını müdafiə edib.