Aktyor Robert de Nironun çəkildiyi yeni komediya filminin ilk treyleri yayımlanıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Warner Bros." şirkətinin çəkdiyi ekran işində "Oskar"lı aktrisa Enn Heteuey də baş rollardan birindədir.
"İntern" ("Təcrübəçi") adlı komediyada həmçinin Adam Divayn, Rene Russo, Reyd Skott, Anders Holm, Uollis Karri-Vud və Linda Lavin çəkilib.
Filmin rejissoru və ssenari müəllifi "Sadə çətinliklər", "Qadınlar nə istəyir" və s. filmlərin yaradıcısı Nensi Mayersdir. Komediyanın premyerası bu ilin sentyabrın 15-də baş tutacaq.