“Apple” şirkətinin qurucusu Stiv Cobsun həyatından bəhs edən eyniadlı (“Steve Jobs”) filmin ilk treyleri yayımlanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, oktyabrda nümayiş olunacaq ekran işində Cobsun obrazını Maykl Fassbender canlandırıb. Filmdə Keyt Uinslet, Set Roqen, Luis Salazar və Ceff Deniels yer alıblar.
Rejissor Denni Boyl, ssenarist Aaron Sorkindir. Ekran işi Uolter Ayzeksonun “Stiv Cobs” romanı əsasında çəkilir.