Simli alətlər qrupuna aid olan çəng çağdaş arfanın ibtidası hesab edilir.
Axşam.az-ın “Region TV”yə istinadən məlumatına görə, əsasən saray məclislərində ifa edilən alətin tarixi Misir və Şumer dövlətinə gedib çıxır. Hündürlüyü 930, qolunun uzunluğu isə 665 mm-dir. İlk çənk 6-9 simli olub. Daha sonra isə 24-28 simli xromatik arfalar meydana gəlib. Azərbaycanda istifadə olunan çəngin isə 18-24 simi var. Fəzilə Rəhimova hələ ki, bu musiqi alətinin yeganə ifaçısıdır. O, 20 ildən çoxdur ki, çəngin dünyaya tanıdılması üçün əlindən gələni əsirgəmir.
Çəng professor Məcnun Kərimin rəhbərliyi altında bərpa edilib. 1996-cı ildə Ümumilli lider Heydər Əliyevin sərəncamı ilə qədim musiqi alətlərindən ibarət ansambla Dövlət Ansamblı statusu verilib. Musiqi ansamblların tərkibində çəngdən həm də solo alət kimi istifadə edilir.