Beyons oğurluqda günahlandırılır

Beyons oğurluqda günahlandırılır
1532 dəfə oxunub
  • A-
  • A
  • A+
Vokalisti Ahmad Leyn müğənni Beyonsu məhkəməyə verib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Beyonsun “XO” adlı mahnısının onun “XOXO” adlı bəstəsindən oğurlandığını iddia edən Ahmad ifaçıya qarşı 7,11 milyon dollarlıq təzminat tələbi ilə “icazəsiz istifadə etmək” maddəsi üzrə şikayət ərizəsi yazıb.

O, mahnısını müğənninin komandasında çalışan Krissi Kollinsə göndərdiyini, lakin daha sonra bəstənin geri qaytarılmadığını və Beyons tərəfindən icazəsiz oxunduğunu iddia edib. Beyonsun vəkilləri isə bu iddianı əsassız adlandırıblar.

Qeyd edək ki, “XO” Beyonsun 2013-cü ildə çıxan albomunun ilk mahnısıdır.