Azərbaycanlı aktyor məşhur yarışmada hər kəsi heyrətləndirdi - video
Klip
15:35 / 18.06.15
3882dəfə oxunub
A-
A
A+
Azərbaycanlı aktyor Üzeyir Novruzov Amerikanın məşhur “America's got Talent" yarışmasına qatılıb.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, gənc aktyor Çarli Çaplinin filmlərindən birinin məşhur səhnəsini canlandırıb. Üzeyirin şousu münsiflərlə tamaşaçıların çox xoşuna gəlib və həmyerlimizi ayaqüstə alqışlayıblar.
Qeyd edək ki, Üzeyir Novruzov Rusiyada azərbaycanlı ailədə dünyaya göz açıb. Musiqi təhsili alan Üzeyir aktyorluğu, akrobatlığı, aşpazlığı da bacarır. Akrobatik istedadı 1995-ci ildə Moskvada kəşf olunan Ü.Novruzov 2002-ci ildən ABŞ-da yaşayır.