Ceyhunun "Məryəm"i - video+fotolar

Ceyhunun "Məryəm"i -  video+fotolar
2547 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar-müğənni Ceyhun Əliyev dostunun qızına mahnı həsr edib.

Axşam.az-a açıqlama verən ifaçı “Məryəm” adlanan yeni bəstəsindən danışıb:

“Bir müddət əvvəl dostumun qızı Məryəmlə birgə şəklimi paylaşmışdım. Bəzi internet portalları “Ceyhunun övladı ilə birgə şəkilləri yayıldı” başlığı ilə xəbərlər yaydı. O mənim yox, dostumun övladı idi. Mənim qızımın adı İradədir. Hələ balacadır. Bir az böyüsün fotosunu paylaşacam. Hətta qızıma mahnı da bəstələmək fikrim var. Dostumun qızı Məryəmi övladım qədər çox istəyirəm. Düşünürəm ki, onun üçün yazdığım bu mahnı seviləcək”.