Türkiyə Böyük Millət Məclisində deputatların andiçməsi mərasimində maraqlı hadisə baş verib.
Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, millət vəkili Mehmet Yüksel oruc tutduğunu unudaraq su içməyə çalışıb. Lakin sonra oruclu olduğunu xatırlayaraq dayanıb. Onun bu hərəkəti hər kəsin gülüşünə səbəb olub.
Digər millət vəkili Bülent Yener isə az sonra həmin kürsüdəki su şüşəsini yerə salaraq sındırıb.