Dəhşətli istilər davam edəcək

Dəhşətli istilər davam edəcək
2196 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axşam.az-a bildirilib ki, iyunun 25-də Bakıda və Abşeron yarımadasında dəyişkən buldulu, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 25-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.