Lent.az 7 yaşını qeyd edir

Lent.az 7 yaşını qeyd edir
747 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Lent.az İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 7 il ötür.

Sayt 2008-ci il iyunun 25-dən internet istifadəçilərinin ixtiyarındadır.

Agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.

Axşam.az saytı həmkarlarını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayır.