Bu gün hansı idmançılarımız yarışacaq? - siyahı

Bu gün hansı idmançılarımız yarışacaq? - siyahı
922 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı 2015"in növbəti günündə azərbaycanlı idmançılar 4 müxtəlif idman növü üzrə mübarizə aparacaqlar.

Axşam.az siyahını təqdim edir:

Qılıncoynatma, saat 09:00-dan etibarən

Qılıncoynadan Məryəm və Nübar Məlikova bacıları, qadınlar arasında şpaqa ilə komanda yarışında çıxış edəcəklər. 16 yaşlı ən gənc idmançı Cavanşır Ağakişiyev isə kişilər arasında sablya üzrə mübarizəyə qoşulacaq.

Cüdo, saat 14:50-dan etibarən

Dünya reytinqi cədvəlində 3-cü yerdə olan Səbinə Abdullayeva qadınların 57 kq-adək çəki dərəcəsində gözdən əlil idmançılar arasında qızıl medal uğrunda yarışacaq.

Kişilər arasında isə, müharibə əlili olan və adətən 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan görmə məhdudiyyətli İlham Zəkiyev, Bakı 2015 ilk Avropa Oyunlarında 90 kq-dan yuxarı çəkidə qızıl medal uğrunda rəqibə qarşı görüş keçirəcək.

Boks yarışı, saat 18:45-dən etibarən

Yüngülvari çəki dərəcəsində olan azərbaycanlı boksçu Elvin Məmişzadə, italiyalı rəqibi Vikenzo Pikardi ilə üz-üzə gələcək. Növbəti mərhələdə isə, daha çox Lorenzo adı ilə tanınan Azərbaycanı təmsil edən Kollazo Sotomayor, digər italyan rəqibi Vikenzo Manqiakapre ilə birinci yarım-orta çəki dərəcəsində qızıl medal uğrunda yarışacaq.

Çimərlik futbolu, saat 20:30-dan etibarən

Çimərlik Arenasında kişilər arasında çimərlik futbolu üzrə mübarizənin A qrupunda Azərbaycan - Portuqaliya qarşılaşması baş tutacaq.