Gənc müğənni avtomobil qəzasında vəfat etdi

Gənc müğənni avtomobil qəzasında vəfat etdi
5987 dəfə oxunub
  • A-
  • A
  • A+
Şotlandiyanın gənc və perspektivli musiqiçilərindən olan Evan Manson avtomobil qəzasında vəfat edib.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyənin Fethiye bölgəsində dostları ilə birgə istirahət edən 23 yaşlı müğənni ölkəsinin ən məşhur gənclərindən sayılırdı.  Baş verən qəzada onunla bir yerdə olan dostu da yaralanıb.

Şotlandiya Gənclik Teatrından Mansonun böyük istedad sahibi olduğunu və ölümünə çox kədərləndiklərini bildiriblər:

"İnanılmaz istedadlı gənc idi. Hələ də şokdayıq".

Qeyd edək ki, Evan disko-funk janrında bir qrupun üzvü idi.