“Muğamın səsi”nin növbəti qonağı əməkdar artist olacaq

“Muğamın səsi”nin növbəti qonağı əməkdar artist olacaq
905 dəfə oxunub
  • A-
  • A
  • A+

"Lider" telekanalında yayımlanan “Muğamın səsi” verilişinin budəfəki qonağı əməkdar artist Gülüstan Əliyeva olacaq.

Axşam.az-ın məlumatına görə, xanəndə muğam sənətindən, xalq mahnılarımızdan, onların kimlər tərəfindən dövrümüzə qədər gəlib çatmasından bəhs edəcək.

Aparıcılığını tarzən Humay Qədimovanın etdiyi verilişdə G.Əliyeva maraqlı açıqlamaları ilə yanaşı, sevilən mahnılarıylada yadda qalacaq. 

Qeyd edək ki, “Muğamın səsi” bu gün saat 22:00-da efirə gedəcək.