Bakıda daha bir istirahət mərkəzinin açılışı oldu - fotolar

Bakıda daha bir istirahət mərkəzinin açılışı oldu - fotolar
6125 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda daha bir müasir istirahət və əyləncə mərkəzi - “Mambo Beach Club and Restaurant” istifadəyə verilib.

Axşam.az-ın məlumatına görə, “Mambo Beach Club and Restaurant” iyulun 5-də Şıx çimərliyində “C-Group” şirkətinin nəzdində qapılarını açıb.

“C-group Hotels and Resorts” şirkəti 2002-ci ildən bəri Azərbaycanda turizmin müxtəlif sahələrində xidmət göstərir və hazırda “Ramada Bakı”, “Ramada Gəncə”, “Shah Palace”, “Sheki Palace” otellərini, ayrıca “Ramada Manqal”, “Xanədan” və “İstanbul Meyhanesi” restoranlarını idarə edir.

“Mambo Beach Club and Restaurant”da istirahət və əyləncə tam fərqli təşkil olunub. MAMBO-nun ümumi sahəsi 20 min kvadratmetrdir. Ayrıca, 240 avtomobil üçün avto dayanacaq mövcuddur.

2000 nəfərə qədər ayaqda və ya 850 nəfərin oturacaqlı şəkildə tutumluluğu olan hər növ tədbirlərin təşkil edilə biləcəyi bir məkandır.

Bu tədbirlər üçün bütün lazımi infrastruktur, peşəkar işıq və səs sistemləri, eləcə də 800 m2 açıq havada rəqs meydançası mövcuddur. Bu isə yay ərzində müxtəlif növ tədbirləri, musiqi festivallarını və ən əsası, dünyaca məşhur musiqiçilərin konsertlərini təşkil etməyə şərait yaradır. Həmçinin, “Mambo”nun səs sistemi, yüksək keyfiyyətli səs sistemləri və elektronika sahəsində dünyada lider olan “dB Tech Sound Systems” tərəfindən işlənib hazırlanıb.

“Mambo”nun mikrofon cihazları “Sennheiser Proline Microphones”, gecə şousu və tədbirlərində ən yaxşı əyləncə ab-havası üçün “Martin Prolights and Lights Effects Systems”lə təchiz olunub. “Mambo” hər gün saat 10.00-dan gecə 02.00-dək qonaqlara xidmət göstərəcək. Həftə içi “Mambo”ya giriş haqqı 25 AZN, həftə sonları isə 30 AZN təşkil edir.

Gün içi istirahətinizin mənalı təşkili üçün animasiya qrupları hovuz ətrafında və çimərlikdə əyləncələr təşkil edərək gününüzü daha rəngarəng edəcək.

Hər gecə “Mambo”da Leyla Məmmədova ilə “Summer Jazz Nights və Latino Boys” qrupunun ifası olacaq. Həmçinin, “Mambo”da həftə sonları dünya şöhrətli ulduzlar ifa edəcəklər.

“Mambo”nun “Manqal” restoranında Türkiyə və Azərbaycan mətbəxinin nümunələri ilə Fransa və İtaliyanın möhtəşəm Aralıq dənizinin mətbəxi təqdim olunacaq.

Dünya sushi yarışmasının qalibi, şef İlkay usta tərəfindən hazırlanan özəl “Sushi mətbəxi” də “Mambo”da mövcuddur.

Beynəlxalq standartlara uyğun olan bu layihə Bakının turizm potensialını artırmaq və şəhərimizə gələn qonaqların istirahətini mənalı təşkil etmək baxımından da mühüm əhəmiyyət daşıyır.

“Mambo”da görüşmək ümidi ilə…!

“Mambo”nun yay üçün tədbirlər proqramı :

18.07.2015 - Fly Project

25.07.2015 – Nicola Fasano

31.07.2015 – Gunel Behbudova Fashion Night

01.08.2015 – Nikita

08.08.2015 – Low Deep T

14. 08.2015 - Mikhail Shufutinsky

22.08.2015 - Shpilki

Əlaqələr:

Ülviyyə Qəhrəmanlı – PR manager of Mambo

+99 455 455 0522 --- [email protected]

Sübhan Əliyev – Art manager of Mambo

+99 455 455 0516 --- [email protected]