Xalq artisti Səməd Səmədov “Evdəkilərə salam” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, çəkiliş müğənninin bağ evində aparılıb.
S.Səmədov həyat yoldaşından bəhs edib:
“İradə xanım uzun müddət nəvələrinə baxıb. Son beş ildir ki, çalışır. Rus dili müəlliməsidir. 37 ildir bir yerdəyik. Gün olsun qızıl toyumuzu qeyd edək. Fəxr edirəm ki, hələ də bu qadını sevirəm”.
S.Səmədov itlərini də göstərib. O, heyvanları üçün xərclədiyi məbləği açıqlayıb:
“İtlərimin hərəsini min dollara almışam. Qəhvəyi rəngli itdən Rusiya prezidenti Putində də var. Moskvada olanda almışdım. Heyvanları çox sevirəm”.