Elza Seyidcahan üçün xoş gün - fotolar

Elza Seyidcahan üçün xoş gün -  fotolar
3823 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün əməkdar artist Elza Seyidcahanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, 47 yaşını qeyd edən müğənnini ilk təbrik edən qızı Gülşən olub.

O, anası üçün “Dünyanın ən gözəl anası” sözləri yazılan diplom hazırlatdırıb. Hədiyyəsini sosial şəbəkədə paylaşan Gülşən bunları qeyd edib:

“Bu gün canım anamın ad günüdür. Onu çox sevirəm. Nə yaxşı ki, varsan. Allahıma hər gün şükr edirəm ki, belə anam var. Allah onu həmişə qorusun, başımızın üstündən əskik etməsin. Gözəl ürəyi var. Ana, həyatın bütün yaxşılıqları sənin olsun”.

Qeyd edək ki, E.Seyidcahan 1968-ci ildə Siyəzəndə anadan olub. Bir dəfə ailə qurub və ayrılıb. Qızı ilə yanaşı Əkbər adlı bir oğlu da var.