Serbiyalı modelyer İvana Sərtdən boşanan iş adamı Yurdal Sərt yeni sevgilisi ilə obyektivlərə tuş gəlib.Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı ukraynalı model Aleksandra Tanaislə birlikdədir. Cütlük Bebekdə paparassilərin hədəfində olub.
Yurdal jurnalistlərin modellə bağlı suallarına “Aleksandra Tanais dünya şöhrətli modeldir. Adını düzgün yazın. Google-da axtarışa versəniz, çıxacaq”, - deyə cavab verib.