Sinem Ardadan ayrılmasaydı... - fotolar

Sinem Ardadan ayrılmasaydı... - fotolar
10867 dəfə oxunub
  • A-
  • A
  • A+
Türk futbolçu Arda Turanın "Barselona"ya transfer olması gündəmi zəbt edib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu mövzuyla əlaqədar olaraq 28 yaşlı Ardanın keçmiş sevgilisi, aktrisa Sinem Kobal da sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb.

Ən çox yazılan şərhlərdən biri isə Sinemin Şakira ilə rəfiqə ola biləcəyi şansını qaçırması haqdadır. Belə ki, "Barselona"nın digər oyunçusu Jerard Pike uzun müddətdir ki, Şakira ilə bir yerə yaşayır və onların 2 uşağı var.

İstifadəçilər Tvitterdə Ardanın yeni klubundakı Pike ilə dost ola biləcəyini və ailəcə yaxınlaşacağını ehtimal edərək S.Kobalın böyük şans itirdiyini yazıblar.

Bütün bunlardan sonra Şakira dünən Tvitterdə türklərin ən çox adını çəkdiyi məşhurlardan idi.