Ronaldodan menecerinə inanılmaz toy hədiyyəsi - fotolar

Ronaldodan menecerinə inanılmaz toy hədiyyəsi - fotolar
4448 dəfə oxunub
  • A-
  • A
  • A+
Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun meneceri Jorje Mendes özünə təmtəraqlı toy edib..

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu menecerinə toy hədiyyəsi olaraq ada bağışlayıb. Mendesin nikah şahidi olan Ronaldonun bu jesti dünya mediasının gündəminə çevrilib.

Jorje ilə xanımına Yunanıstanda ada alan ulduzun bunun üçün 10-50 milyon avro arasında pulundan keçdiyi deyilir. 49 yaşlı Mendesin yaxın günlərdə adaya gedəcəyi və ora yeni ad verəcəyi, sərmayə qoyacağı bildirilir.

Qeyd edək ki, 100 milyon avroluq sərvətə malik Jorje Mendes illərdir birlikdə olduğu sevgilisi Sandra Barbossa ilə ailə qurub.