Enriki İqlesiasla sevgilisi uzun fasilədən sonra bir yerdə - fotolar

Enriki İqlesiasla sevgilisi uzun fasilədən sonra bir yerdə - fotolar
2898 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Enriki İqlesias sevgilisi Anna Kurnikova ilə romantik şam yeməyindən qayıdarkən obyektivlərə tuş gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddət sonra yenidən paparassilərin hədəfində olan cütlük jurnalistlərin suallarını cavablandırmayıb. Annanın barmağındakı brilyant nişan üzüyü xüsusi diqqət çəkib.

Xatırladaq ki, Enriki ilə Anna 2001-ci ildə “Escape” klipinin çəkilişləri əsnasında tanış olublar. Ötən ilin oktyabrında cütlüyün ayrılması xəbərləri yayılmışdı.