Müğənni Kərim Abbasov övladı Səidin fotolarını sosial şəbəkədə paylaşıb.
Axşam.az-ın məlumatına görə, sənətçi özünün uşaqlıq fotosu ilə oğlununkun birləşdirərək "Solda olan mənim uşaqlığımdır. Sağda mənim qucağımda olan ürəyim Səid balamdır. İndi fikir verirəm ki, körpəliyimiz necə də oxşayır. Öl desə, ölərəm Səidim üçün" sözlərini yazıb.
Qeyd edək ki, K.Abbasov Təranə adlı xanımla ailə qurub.