Ata eşitmə qüsuru olan qızı üçün fədakarlıq etdi – fotolar

Ata eşitmə qüsuru olan qızı üçün fədakarlıq etdi – fotolar
7958 dəfə oxunub
  • A-
  • A
  • A+
Yeni Zelandiyada yaşayan Alistair Kampbell eşitmə qüsuru olan 6 yaşlı qızı üçün fədakarlıq edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ata cihazdan istifadə edən qızına dəstək olmaq üçün başını keçəl etdirərək övladının eşitmə aparatının şəklini döymə etdirib.

Ölkəsində “qəhrəman ata” elan edilən Kampbell mətbuata açıqlamasında “Bu addımı qızıma dəstək olmaq üçün atmışam. Döymə etdirərkən ilk 45 dəqiqə çox çətin keçdi, amma dözə bildim” deyib.

Qeyd edək ki, bu, Alistairin ailəsində eşitmə qüsuru olan ilk hadisə deyil. Onun oğlu və anası da eyni problemdən əziyyət çəkir.