Prezident istirahət kompleksinin açılışında - fotolar

Prezident istirahət kompleksinin açılışında -  fotolar
2841 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında iştirak edib.

Axşam.az-xəbər verir ki, dövlət başçısına komplekslə bağlı məlumat verilib. Mərkəz Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında sıldırım qayanın altında yerləşir.

Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı kompleksin kollektivi ilə görüşub, açılış münasibətilə təbriklərini çatdırıb.

Sonra xatirə şəkli çəkdirib.

Azərbaycan prezidenti kompleksin həyətində yaradılan şəraitlə də maraqlanıb.

Komplekslə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.