37 ildə 198 ölkəyə səyahət etdi – fotolar

37 ildə 198 ölkəyə səyahət etdi – fotolar
2772 dəfə oxunub
  • A-
  • A
  • A+
Norveçli Qunnar Qrafors 37 ildə 198 ölkəyə səyahət etməklə “Ginnesin rekordlar kitabı”na hobbisi olduğu üçün dünyanı gəzən ən gənc insan olaraq düşüb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Qunnar bütün səyahətlərini hobbisi olduğu üçün edib. O, yalnız istirahət və bayram günləri ayrı-ayrı ölkələrə yollanıb.

Qunnar dünya mediasında 2012-ci ildə bir gün ərzində 5 qitəyə (İstanbul-Asiya, Kasablanka- Afrika, Paris – Avropa, Punta-Kana – Şimali Amerika, Karakas – Cənubi Afrika) səfər etməsi ilə məşhurluq qazanıb.

Məşhur səyyah rekordu ötən il bir gün ərzində gəzdiyi ölkələrin sayını artırmaqla təzələyib.