Bir müddətdir boşanma ərəfəsində olan aparıcı Ece Erken və Serkan Uçar bir yerdə tətillərinə davam edirlər.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, cütlük Çeşmədə əvvəl bir mağazada, sonra isə kafedə görüntüləniblər.
Hazırda boşanma ərizələri məhkəmədə olan Ece ilə Serkanın münasibətləri çoxları üçün anlaşılmaz olaraq qalır. Keçən həftə Serkan sosial şəbəkədə “Əgər iki insan birlikdə yaşamalıdırsa, gec-tez qayıtmağın yolunu tapacaqlar” yazıb.
Qeyd edək ki, Ece İlə Sərkanın Eymen adlı bir oğlu var. Aparıcı əri tərəfindən döyülməsi iddiası ilə məhkəməyə boşanma ərizəsi verib.