Boşandıqları üçün uşaqlarına iki ad günü keçirdilər - fotolar

Boşandıqları üçün uşaqlarına iki ad günü keçirdilər - fotolar
3566 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Badə İşçil və iş adamı Malkoç Süalp oğulları Azurun ad gününü ayrı-ayrı keçiriblər.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, üç illik evlilikdən sonra qarşılıqlı boşanma davası açan cütlük oğulları üçün ortaq qərara gəliblər. Əvvəl İşçil həm oğlu, həm də özü üçün doğum günü edib. Birgə fotolarını paylaşan aktrisa İnstaqramda "Yaxşı ki, anadan olduq" yazıb.

Azuru sadəcə bazar günləri 2 saat görə bilən M.Süalp dünən oğlunu Badədən alaraq ad günü qonaqlığını anasının evində edib. O, "ən böyük arzum Azurun daha xoşbəxt, pis günlərin geridə qalacağı bir gələcəyə sahib olmasıdır" deyib.