Türkiyənin tanınmış aparıcısı Esra Erol zəhərlənib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qida zəhərlənməsinə görə xəstəxanaya aparılan aparıcının vəziyyəti hazırda yaxşıdır. O, 3 gecə xəstəxanada müalicə aldıqdan sonra İnstaqram hesabında hər kəsi yayda geniş yayılmış "salmonella" bakteriyalarından ehtiyatlı olmağa çağırıb:
"Xüsusilə də, uşaqlarınız üçün. Bu istilərdə hər yerdə bakteriya və virus var".
Esra Bodrum tətilinin hələ indi başladığını qeyd edərək həyat yoldaşı ilə fotosunu paylaşıb.