Paparassilər keçmiş futbolçu Devid Bekhemi qızı Harperlə gəzinti zamanı görüntüləyiblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 4 yaşlı Harperin hələ də əmzikdən istifadə etməsi hər kəsi təəccübləndirib. Ekpertlər onun bu vərdişinin gələcəkdə nitqində və dişlərində ciddi problem yarada biləcəyini deyiblər:
"Bekhem və Viktoriya mükəmməl valideyndirlər, amma 12 aydan sonra uşağa artıq əmzik lazım deyil. Bu 4 yaşlı qız üçün artıq təhlükədir".
Qeyd edək ki, ən dəbli uşaqlardan sayılan Harperin bu vərdişi son zamanlar tez-tez diqqət mərkəzinə düşür.