Aktyor Burak Özçivitin yeni serialdakı tərəf müqabili Neslihan Atagül haqda açıqlaması qalmaqal yaradıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Kara sevda" adlanan serialın artıq çəkilişləri başlayıb. Ekran işinin tanınması üçün mətbuata açıqlama verən Burak Neslihanla oynayacağı romantik səhnələrə görə sevgilisi Fahriye Evcenlə probleminin olmayacağını deyib:
"Fahriye ilə bir-birimizə güvənimiz tamdır. Həm də Neslihanın sevgilisi Kadir Doğulu mənim dostumdur. Bizdə belə səhv ola bilməz".
Ancaq onun bu açıqlaması aktyor K.Doğulunun xoşuna gəlməyib. O, Tvitter səhifəsində "Nə qədər özünü sevən bir adam... Çox təhlükəli..." yazıb. Aktyor bununla həmkarının hər qadını özünə aşiq edə bilməsinə inandığına işarə edib.