1930-cu illərdə Hollivud milyonlarla insanın xəyallarını gerçəkləşdirən məkana dönüşməyə başladı.
ABŞ-ın "Böyük Depressiya illəri"ində yeganə əyləncə kinematoqrafiya idi. İnsanlar kinoteatra gedib bütün dərdlərini unudurdular. Hər kəs filmlərdə olduğu kimi geyinməyə, saç düzümü etməyə başlayırdı. Həmin illərin öz məşhur aktrisaları və tərzləri var idi.
Axşam.az Rusiya mediasına istinadən həmin dövrün aktrisalarının fotolarını təqdim edir.
Onlar arasında Cudit Barret (1909-2000), Prisçilla Leyn (1915-1995), Elis Uayt (1904-1983), Ayda Lupino (1918-1995), Frensis Dreyk (1912-2000), Edna Kallahen (1912-2007), Telma Todd (1906-1935) və başqaları var.