Tanınmış israilli top model Bar Rafaeli gələn ay sevgilisi Adi Ezra ilə toya hazırlaşır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, model sosial şəbəkədə bir həftədir davam edən “subaylığa əlvida” gecələrindən fotolar paylaşıb. 30 yaşlı Bar rəfiqələri ilə birlikdə Maldiv adalarında dincəlir.
Modelin gecəyarısınadək davam edən əyləncələrindən olan fotolar böyük maraqla qarşılanıb.