Sevgilisinə yaxın olmaq üçün qəsr almaq istəyir - fotolar
Dünya
22:50 / 10.08.15
2370dəfə oxunub
A-
A
A+
Ən çox pul qazanan gənc müğənnilər sırasında yer tutan Teylor Svift indi də qəsr almaq fikrindədir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı ifaçı sevgilisi Kelvin Harrisə yaxın olmaq üçün Şotlandiyadakı “Tower of Lethendy” qəsrini satın almaq istəyir. Teylorun arzusunda olduğu qəsrin 8 yataq otağı, 7 hamamı, hovuzu, süni gölləri, qolf sahəsi, tennis meydançası var.
Malikanə XVI əsrdə inşa edilib. Qəsrin dəyəri isə 4,6 milyon sterlinqdir.
Xatırladaq ki, T.Svift bir neçə il əvvəl sevgilisi Konor Kennediyə də yaxın olmaq üçün onun yaşadığı evin ətrafındakı malikanəni almışdı.