"Konyaspor" klubunun futbolçusu Ali Turan evlənib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, il yarımdır sevgili olduğu Rana Alkuntaşla dünən ailə qurub. Nikah mərasimi Bosfor boğazının ətrafındakı otellərdən birində baş tutub.
Cütlüyün nikah şahidləri klubun baş məşqçisi Aykut Kocaman, futbolçu Emre Belözoğlu və ifaçı Bülent Serttaş olub.
Qeyd edək ki, Ali Turan illər əvvəl müğənni Deniz Seki ilə sevgili olub.