Keçən il ailə quran aktrisa Qamze Topuz və həmkarı Ümit Kantarcılar son anda boşanmaqdan vaz keçiblər.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, onların bu evlilikdən Naz adlı qızları var. Bir müddət əvvəl Ümitin adının başqa biri ilə çəkilməsindən sonra cütlük evlərini ayıraraq boşanmağa qərar vermişdi.
Lakin dünən onlar Çeşmədə yemək yeyərkən görüntüləniblər. Topuz və Kantarcılar "uşağımız üçün ən yaxşısı nədirsə, onu etdik" deyiblər.
Daha sonra aktrisa İnstaqramda qızının fotosunu paylaşıb.