Uzun müddətdir səhnədən uzaqlaşan müğənni Samir Bağırovun yeni fotoları yayılıb.
Axşam.az-ın məlumatına görə, şəkilləri ifaçının stilist dostu Samiraldo paylaşıb.
Qeyd edək ki, S.Bağırov uzun fasilədən sonra ilk dəfə həmkarı Rəqsanə İsmayılovanın yeni verilişində rol alacaq. Sentyabrdan ATV-də yayımlanacaq proqramda ifaçının həyatı, sənətə gəlişi əks olunacaq. S.Bağırovun arıqlaması da diqqət çəkib.