ATV-də yayımlanan “Azərbaycanın səsi” layihəsinin növbəti buraxılışı da maraqlı anlarla yadda qalıb.
Axşam.az-ın məlumatına görə, yarışmada duet həftəsi keçirilib.
Əməkdar artist Elza Seyidcahan və müğənni Elton Hüseynəliyev canlı yayıma gecikib.
Münsif kürsüsündə əyləşən xalq artisti Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, müğənni Elton Hüseynəliyev və Nadir Qafarzadə iştirakçılarla bağlı fikirlərini bölüşüb.
N.Qasımova çox həyəcanlı olduğunu deyərək, iştirakçıların valideynlərinə müraciət edib:
“Tamaşaçılar və iştirakçıların valideynləri məni başa düşsünlər. Əgər fərqli səsi olan kimisə uzaqlaşdırsaydım, məni qınayardılar. Çox yazırlar, nələrsə deyirlər, mən əziyyət çəkirəm”.
E.Hüseynəliyev isə tamaşaçılara səslənib:
“Verilişə ancaq iştirakçıları və münsifləri sevənlər baxır. Yarışanlara ancaq qohumları səs verir. Gərək gənclər elə çıxışlar etsinlər ki, onların pərəstişkarı olsun. Yaxşı ifaçıya səs göndərin”.
Tələbələrinin çıxışlarını bəyənməyən E.Seyidcahan aqresiv reaksiya verib:
"Heç biri məni qane etmədi. Hamınız başınızı qəribə düzəldib, adını qoyursunuz ekstravaqant. Adamın əsəblərinə toxunursunuz".
Aparıcılığı Afaq Gəncəli və Ruslan Ağayevə həvalə olunan yarışmanı bu həftə altı iştirakçı tərk edib.
Qeyd edək ki, müsabiqənin qalibi ölkəmizi “Türkvision”da təmsil edəcək.
Proqrama hər həftənin çərşənbə axşamı
"Sirena Motors"un sponsorluğu ilə saat 22:00-da baxa bilərsiniz.