32 yaşlı Liris Kross məşhur model Naomi Kempbellin “böyük bədən ölçülü versiyası” adlandırılır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, model öz kök bədəni ilə qürur duyduğunu və heç bir kompleksinin olmadığını deyib. Üz cizgiləri, xüsusilə Naomiyə bənzərliyi Lirisə moda karyerasına başlamağa böyük şans yaradıb.
O, model kimi fəaliyyətə başlamaq istəyərkən bir çox agentlikdən ona “Əvvəlcə arıqlayın, sonra mütləq gəlin” deyildiyini bildirib. Liris isə əksinə, öz çəkilərindən heç nə itirməyərək model kimi tanınmağa müvəffəq olub. L.Kross N.Kempbellin uşaqlıqdan onun kumiri olduğunu deyir.
O artıq məşhur brendlərin reklamlarına çəkilir, tanınmışların qatıldığı partilərə dəvət olunur.