Müğənni Nurlan Növrəsli uzun fasilədən sonra yenidən yaradıcı işləri ilə məşğul olmağa başlayıb.
Axşam.az-ın məlumatına görə, bütün gününü səsyazma studiyasında keçirdiyini deyən sənətçi yeni planlarından da bəhs edib:
“Musiqiyə olan sevgimi heç bir isti hava üstələyə bilməz. “Nazlana-nazlana” adlı yeni mahnı ifa etmişəm. Bu bəstə Məmmədbağır Bağırzadənin repertuarından hər kəsə bəllidir. Yeni aranjimanla fərqli tərzdə oxumuşam. Senytabrda isə 2 yeni klipimi tamaşaçıların ixtiyarına verəcəm. Kliplərdən biri musiqisi Aygün Səmədzadəyə, sözləri isə Qənirə Paşayevaya məxsus “Gecə valsı” adlı mahnıya çəkiləcək”.
N.Növrəsli yay istirahətindən də danışıb:
“Bu günlərdə istirahətə yollanıram. On gün Türkiyədə dincələcəm”.
Bir müddət əvvəl evlənmə xəbərləri yayılan müğənni buna da aydınlıq gətirib:
“Artıq evlənmək fikrindən daşınmışam. Hələ on il subay gəzəcəm”.