Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva oğlu Cahangircanla Bodrumda istirahət edir.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, çimərlikdə görüntülənən Günay oğlu ilə suda doyunca əylənib.
Günayın keçmiş həyat yoldaşı Tolqa Karel isə yeni sevgilisi ilə birgə hazırda Texasdadır.
Qeyd edək ki, T.Karel və G.Musayeva bir neçə həftə əvvəl rəsmi boşanıblar. Tolqa keçmiş həyat yoldaşı ilə bağlı polisə şikayət edib. O, Günayı evində Türkiyədə qalma icazəsi olmayan əcnəbini işlətməkdə günahlandırıb. Azərbaycanlı model isə Tolqanın ruhi xəstə olduğunu bildirib:
“Oğluma nə maddi, nə də mənəvi dəstək olmur. Tolqa ruhi xəstədir. Onun müalicəyə ehtiyacı var”.