Xalq artisti Səməd Səmədovun prodüseri Rövşən Cəfərovun ailəsində sevincli an yaşanıb.
Axşam.az-ın məlumatına görə, prodüserin oğlu Həsən Cəfərov yüksək nəticə ilə ali məktəbə daxil olub. Bu haqda əməkdaşımızla söhbətində R.Cəfərovun özü məlumat verib:
“Allah hər bir valideynə bu günü nəsib etsin. Oğlum Azərbaycan Dillər Universitetinin "Amerika üzrə regionşünaslıq" fakültəsinə daxil olub. Həmin fakültədə Azərbaycandan 20 nəfər təhsil almaq hüququ qazanıb. Çox sevincliyəm. Övladlarımla qürur duyuram”.
Qeyd edək ki, R.Cəfərovun bir qız övladı da var. Nərmin bu il Sankt-Peterburq Universitetinin "Filologiya" fakültəsini fərqlənmə diplomu ilə bitirib.