Aktrisa toyundan və bal ayından sonra ilk dəfə - foto

Aktrisa toyundan və bal ayından sonra ilk dəfə - foto
2275 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Cennifer Eniston ssenari müəllifi, rejissor Castin Teruyla gizli toyundan sonra ilk dəfə görünüb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Bora-bora adasında keçirilən bal ayını da mediadan gizli saxlayan aktrisa Los-Ancelesdə baş tutan "She's Funny That Way" ("O, belə gülməlidir") filminin qala gecəsinə qatılıb.

Həmin filmdə Cenniferin tərəf müqabilləri Ouen Uilson və İmocen Putsdur.

Qeyd edək ki, 46 yaşlı aktrisa ilə ondan 3 yaş kiçik ssenaristin nikahı dünən Los-Ancelesdəki villalarında baş tutub. Mətbuatdan gizlin keçirilən toya 70 qonaq dəvət olunub. Liza Kudoru, Çelsi Xendler və Qovard Stern qonaqlar arasında yer alıb.